Layihələr

LAYİHƏLƏR

AMFA'nın icra etdiyi müxtəlif layihələrlə ətraflı şəkildə aşağıda tanış bilərsiniz.

Maliyyə Savadlılığı Təşəbbüsləri

Cənubi Qafqaz üzrə İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatını təmsil edən Azərbaycandakı Əməkdaşlıq Ofisi (SCO) tərəfindən maliyyələşdirilən“ Maliyyə Sektorunda peşəkar karyerasını qurmaq üçün kənddə yaşayan qadınlara iqtisadi səlahiyyətin verilməsi” layihəsi

AMFA Cənubi Qafqaz üzrə İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatını təmsil edən Azərbaycandakı Əməkdaşlıq Ofisi (SCO) tərəfindən maliyyələşdirilən“ Maliyyə Sektorunda peşəkar karyerasını qurmaq üçün kənddə yaşayan qadınlara iqtisadi səlahiyyətin verilməsi” layihəsi çərçivəsində yeni layihə həyata keçirilir. Layihənin məqsədi Partnyor təşkilatların kənddə yaşayan qadın kredit işçilərinin sayının artırılması və qadın müştəriləri cəlb etmək məqsədilə qadın kredit işçilərini təlimlə təmin etməkdir. 


Layihədə iştirak etmiş təşkilatlar – VF AzerKredit, Viator Mikrokredit, İnkişaf üçün Maliyyə, Qafqaz Kredit, Turanbank, Dəmirbank and Aqroinvest Kİ. Partnyor təşkilatların Yevlax, Mingəçevir, Bərdə, Zərdab, Gəncə, Ağcabədi, Göyçay, Ağdam, İmişli, Saatlı, Salyan, Sabirabad, Biləsuvar, Qax, Şamaxı, Ağdaş və Şəki filial ofislərində qadın kredit işçilərinin təlimləndirilməsində maraqlı olduqlarından 3 regionda qeyd edilmiş regionları əhatə edən təlim keçirilmişdir. 

Təlim proqramı, iştirakçıları bir kredit işçisinin gündəlik əməliyyatlarda göstərəcəyi xüsusilik və məsuliyyətlə yanaşı mikromaliyyənin qabaqcıl təcrübələri və prinsipləri ilə tanış etmək yönündə hazırlanmışdır. Təlim proqramı kredit prosesinin mərhələlirini müəyyən edir və onların səmərələiyinin nə qədər vacib olduğunu göstərirdi. O həmçinin müştərilər ilə sonrakı əlaqələlərin nə qədər mühüm olduğunu təsvir edirdi. 

Təlimdə iştirak edən uğurlu iştirakçılar layihənin partnyor təşkilatlarında kredit işçisi kimi işə götürüldü. 9 ay müddətində layihə çərçivəsində 21 kredit içşisi işə götürülmüşdür.

SCO Bülleten - 1-ci versiya

SCO Bülleten - 2-ci versiya

SCO Bülleten - 3-cü versiya

""""

Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında qadın mütəxəssislərin hazırlanması və qadın sahibkarların inkişafı” layihəsi

MFC-nin əməkdaşlığı ilə, AMFA tərəfindən həyata keçirilən llayihəyə 2014-cü ilin yanvar ayından start verilib.

Layihənin əsas məqsədi Azərbaycan regionlarında qadın ekspertlərin inkişafına töhfə vermək; qadınlar arasında iş imkanlarını artırmaq; regionlarda yaşayan qadınların ev təsərrüfatı maliyyəsinin idarə edilməsi yönündə bacarıqlarını artırmaq və öz bizneslərini qurmağa və maliyyə sektorunda iş tampağa yardım etməkdir.

Layihə, Gəncə Qadın Sahibkarlar Assosiasiyası, Quba Xalça Dünyası Assosiasiyası və Dəmirbank, VF AzərKredit, İnkişaf üçün Maliyyə , FİNCA Azerbaijan, Azəristar, Viator Mikrokredit kimi maliyyə təşkilatlarının əməkdaşlığı ilə Şəmkir, Zaqatala, Biləsuvar və Göyçay rayonlarında həyata keçiriləcək.

Regional Assosiyasiyaların əsas rolu potensial namizədləri cəlb etmək üçün rayon və kəndlərdə layihə haqqında məlumatlandırma aparmaq; regionlarda potensial qadın kredit işçisinin vəzifə öhdəlikləri haqqında məlumatları yaymaq; layihənin işçi qrupunda iştirak etmək və maliyyə savadlılığının artırılmasına dəstək olmaqdır.

Mikromaliyyə İnstitutlarının əsas rolu qadın kredit işçiləri üçün ətraflı vəzifə öhdəlikləri hazırlamaq (təcrübə, təhsil, texniki bacarıqlar); maliyyə savadlılığının artırılmasının icrası zamanı dəstək olmaq və uğurlu kənd qadınları ilə müsahibə keçirmək və müsahibənin nəticəsindən asılı olaraq onlara iş təklif etməkdir. Layihə müddəti ərzində maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır”, “Qadın Kredit İşçiləri üçün təlim” və “Biznesinə başla və onu inkişaf etdir” təlimlərinin keçirilməsini nəzərdə tutulub.

36 ayda gözlənilən nəticələr:

- Ən azı 300 qadın ailə və biznes maliyyəsini yaxşılaşdıracaq
- Ən azı 60 qadın maliyyə institutu tərəfindən işə götürüləcək
- Ən azı 300 qadın yeni biznesinə başlayacaq və mövcud biznesini yaxşılaşdıracaq
- Ən azı 6 MMİ-u 4 rayonda yeni işçilər cəlb edəcək
- Azərbaycan və İngilis dilində rayonlarda qadın mütəxəssislərinin hazırlanması üçün nümunəvi keyslərin hazırlanması

1. Seminarın açılış mərasimi

2.“Gələcəyini planlaşdır” Təlimçilər üçün Təlim Gəncə şəhəri

3Maliyyə Savadlılığı üzrə təlim Şəmkir şəhəri

4. “Öz biznesinə başla və onu inkişaf etdir” təlimi Şəmkir və Bilasuvar
 

5. Kredit işçiləri üçün təlim Bilasuvar 

6.“Gələcəyini Planlaşdır” Təlimçilər üçün Təlim Quba

7. Göyçay rayonunda Kredit İşçiləri üçün təlim

8. Şəmkir rayonunda Kredit İşçiləri üçün təlim

İnformasiya Bülleteni


NÜMUNƏ KEYS

""""
"""""""""

İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Qadın sahibkarların planlaşdırma bacarıqlarının inkişafı vasitəsilə həvəsləndirilməsi“ layihəsi

AMFA 2014-cü ilin yanvar ayından etibarən dekabr ayınadək İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilən "Qadın sahibkarların planlaşdırma bacarıqlarının inkişafı vasitəsilə həvəsləndirilməsi" layihəsini həyata keçirilmişdir.

Layihənin əsas məqsədi Azərbaycan qadınlarının iqtisadi cəhətdən fəal vətəndaş olmalarına mane olan çətinlikləri aşkar etmək və onları aradan qaldırmaq, cari və potensial müştərilər kimi onların yaşayış standardlarını yaxşılşdırmaq və istədikləri həyatı əldə etmək üçün bilik və bacarıqlarını inkişaf etdirməkdir.

Layihə Avrasiya Kredit Bank olmayan Kredit təşkilatı ilə birgə əməkdaşlıqda həyata keçirilir. 3-4 fevral 2014-cü il tarixində layihə çərçivəsində partnyor təşkilatın əməkdaşları üçün “ GALS - Gender Fəaliyyəti üzrə Araşdırma Sistemi üzrə” təlim keçirildi.

5-6 fevral 2014-cü il tarixində isə həmin mövzuda təlim Ağdam və Bərdə rayonlarında partnyor təşkilatın potensial və mövcud müştıriləri üçün keçirilmişdir.Təlim zamanı iştirakçılar GALS alətləri vasitəsilə həyatlarının fərdi planlanının hazırlanması və qarşılarına çıxan problemlərin aradan qaldırılması yollarını öyrənmişlər.

Layihə çərçivəsində Avrasiya Kredit təşkilatının potensial müştəriləri üçün 28 aprel- 1 may, və 5-8 may 2014-cü il tarixlərində Ağcəbədi rayonunda və 1-4 iyul, 2014-cü il tarixlərində Beyləqan rayonlarında “Biznesinə başla və inkişaf etdir” adlı təlim keçirilmişdir.Təlim zamanı iştirakçılar biznes planın hazırlanması və yazılması yollarını öyrənmişlər.

Azərbaycanda qadın sahibkarların maliyyə resurslarına çıxış məhdudiyyəti və potensial həlli yolları

""

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilən ``Azərbaycan Maliyyə Sektorunda Gender Bərabərliyinin Təşviqi``

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Gender Fəaliyyət Planının bir hissəsi olaraq, bu layihə Frankfurt Maliyyə və Menecment Məktəbi (FS) və onun yerli partnyoru olan Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən Azərbaycanın maliyyə təşkilatları sektorunda gender bərabərliyinin həyata keçirilməsi üzrə pilot layihə kimi icra edilmişdir.

Layihənin məqsədləri AYİB partnyor təşkilatlarında (9bank və 5 bank olmayan kredit təşkilatı) insan resursları təcrübələrini və siyasətlərini təkmilləşdirmək, qadınların maliyyə sektorunda işləməsinə, o cümlədən maliyyə xidmətlərinə çıxışına mane olan məhdudiyyətləri müəyyənləşdirmək və onları aradan aldırmaq olmuşdur.

Layihə çərçivəsində Partnyor təşkilatlar arasında ilkin qiymətləndirmə aparılmışdır. Bu qiymətləndirmənin tapıntıları əsasında icraedici və orta menecment işçiləri, cari və potensial qadın kredit işçiləri, İnsan Resursları işçiləri, o cümlədən təşkilatların daxili təlimçiləri üçün gender həssaslığı təlimləri və təlimçilər üçün təlim keçirilmişdir.

Bununla yanaşı, layihə komandası Azərbaycanın sosial-iqtisadi kontekstinə uyğun olan bir sıra gender yönümlü ölçmə indikatorları da işləmiş və layihənin partnyor təşkilatlarına təqdim etmişdir.

Yekun olaraq, gender məsələlərinin təşviqi layihədən sonra da rüblük elektron informasiya bülleteni və gender bərabərliyinə nail olan maliyyə təşkilatları üçün Gender Bərabərliyi Mükafatının işlənməsi vasitəsilə də davam etdiriləcək.

Qısa olaraq layihənin nailiyyətləri aşağıdakı faktlarla təsvir edilə bilər:

- "Azərbaycan Maliyyə Sektorunda Gender Bərabərliyinin Təşviqi" layihəsi 20 Sentyabr 2012-ci ildə Bakıda təqdim edildi;
- Partnyor Təşkilatların iİlkin qiymətləndirilməsi ərzində ekspertlər komandası tərəfindən ümumilikdə 80 fokus qrup müzakirəsi və maraqlı tərəflərlə müsahibə keçirilmişdir;
- 14 təşkilatın hər biri həmin təşkilatın İR siyasətləri və təcrübələri, o cümlədən gender məlumatlarının təhlili nəticəsində təqdim edilən gender bərabərliyinin təşkilatda təkmilləşdirilməsi üzrə tövsiyələri əks etdirən “Ekspert Qeydi” əldə etmişdir;
- Partynor təşkilatların gender bərabərliyi məqsədlərini təşviq etməsini qiymətləndirmək məqsədilə illik əsasda Gender Bərabərliyi Mükafatı təsis edilmişdir;
- İlkin qiymətləndirmə metodologiyası işlənmişdir. Bu metodologiyanın 5 komponenti vardır: 1) ən azı üç hədəf qrup ilə fokus qrup, 2) təşkilatın aparıcı menecmenti ilə müsahibələr 3) statistikadan ibarət sorğu forması 4) İR siyasətlərinə baxılması 5) PT-lara tövsiyələrdən ibarət yekun sənədin hazırlanması;
- FS İQ metodoloji rəhbərliyi (bütün yoxlama sənədləri, məlumat məktubları, sorğu formaları) hazırlamış və iki təşkilatda pilot sınaqdan keçirmişdir (FİNCA Azərbaycan və Dəmirbank);
- Bir sıra hədəf qruplar üçün təlim materialları (o cümlədən paylama materialları, Pover Point təqdimatları, videolar) hazırlanmış və kredit işçiləri, İR işçiləri, menecment, daxili təlimçilər üçün təlim zamanı sınaqdan keçirilmişdir;
- Müxtəlif qruplar üçün gender həssaslığı təliminin keçirilməsi üçün bütün qaydaları və təlimatları özündə əks etdirən Təlim kitabı və DVD vəsait hazırlanmış və Partnyor Təşkilatlara paylanmışdır;
- Gender ölçülməsi indikatorları (o cümlədən monitorinq və məlumat toplamaq üçün Excel vəsait) hazırlanmışdır;
- Gender mükafatı ərizə və qiymətləndirmə forması hazırlanmışdır;

"""

Sosial Fəaliyyətlərin İdarəolunması üzrə Universal Stardartlar Layihəsi

AMFA-nın müştəri mühafizəsi təcrübəsi haqqında mühüm faktlar:

- 2010-cu ildən etibarən SMART Kampaniyası, SEEP Şəbəkəsi və Center for Financial İnclusion tərəfindən icra edilən “Müştəri mühafizəsi prinsiplərinin icrası üzrə Assosiasiyaların bacarıqlarının artırılması” layihəsinə qoşulmuşdur; - 4 işçi heyəti üzvü Müştəri Mühafizəsi Prinsipləri və SMART Qiymətləndirməsi üzrə təlimləndirilmişdir; - 1 Aparıcı Qiymətləndiricisi və 2 Dəstək Qiymətləndiricisi vardır; - 24 üzv təşkilatını Müştəri Mühafizəsi Prinsipləri üzrə təlimləndirmişdir; - 32 AMFA üzvündən 24-ü SMART Kampaniyasını onlayn dəstəkləmişdir; - 4 üzv təşkilat SMART Qiymətləndirməsindən keçmişdir; - 3 üzv təşkilat Müştəri Mühafizəsi üzrə İlkin Sertifikasiyadan keçmişdir;

SMART Kampaniyasından yeni alət – SMART Operations:

Maliyyə təşkilatları müştəri mühafizəsinin icrasına nail olmaq üçün bütün əməliyyat sahələrindən işçiləri bu işə cəlb etməlidir. Müştəri mühafizəsini işçilər üçün hər hansı bir “xüsusi layihə” şəklində təqdim etməkdənsə, maliyyə təşkilatları hər bir departamentin öz müştəri mühafizəsi məsuliyyətlərinin olmasını təmin etməlidir. Təklif edilən alət mikromaliyyə əməliyyatlarının 11 ən ümumi sahəsində müştəri mühafizəsinin necə icra ediləcəyi üzrə təlimatlar təqdim edir.

Təşkilatlar bu alətdən aşağıdakı məqsədlər üçün istifadə edə bilər:

- Hər hansı bir departamentin qiymətləndirilməsi və ya ona dəyişikliklərin edilməsi üçün; - Bütün təşkilatı qiymətləndirmək üçün; - Müxtəlif əməliyyat sahələri arasında müştəri mühafizəsi məsuliyyətlərini necə paylaşıldığını anlamaq üçün;

Bu alətdə müzakirə olunan 11 əməliyyat sahəsinə aşağıdakı daxildir: icraçı menecment, məhsul tədqiqatı və hazırlanması, məhsulların idarə edilməsi, insan resursları, marketinq və təbliğat, satış qüvvəsi və müştərilər ilə birbaşa işləyən ön ofis işçiləri, maliyyə, risk menecmenti, hüquq, informasiya texnologiyaları və rabitə, şikayətlər / müştəri xidmətləri.

Bu aləti əldə etmək üçün bu keçiddən istifadə edin.

AMFA üzvləri SMART Kampaniyasına qoşulmuşdur. Siz hələ qoşulmayıbsız? O zaman müştəri mühafizəsi prinsiplərini dəstəklədiyinizi bəyan etmək üçün ilk addımı atın və kampaniyanı dəstəkləyin.

İnkişaf üçün Maliyyə MMC: "Fəaliyyətə görə ödəmə" mədəniyyəti vasitəsilə mühüm işçilərin saxlanılması

FINCA Azərbaycan: Müştəri məxfiliyinin qorunması müştəri etibarının artırılması deməkdir

Azərbaycan mikromaliyyə sektorunda Sosial Fəaliyyətin İdarə olunması üzrə ölkə hesabatı 2016

Prezentacija

"""