Mikromaliyyə Azərbaycana 1990-cı illərin ortalarında Ermənistanla Dağlıq Qarabağ münaqişəsi zamanı qovulan 1,000,000 artıq məcburi köçkün və qaçqının iqtisadi tələbatlarının ödənilməsi strategiyası kimi təqdim olunmuşdur.

1996-cı ildə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qeyri-hökümət təşkilatları ölkədə yerli və müharibədən ziyan çəkən əhali üçün iqtisadi imkanları artırmaq məqsədilə mikromaliyyə fəaliyyətinə başladılar. Davamlı inkışafa nail olmaq məqsədilə kredit xidmətlərinin göstərilməsində üzləşdikləri problemlər barədə müzakirələr etməyə və təcrübə mübadiləsini aparmağa başlamışdılar. 2001-ci ilin dekabr ayının 19-da bir sıra qurumlar Anlaşma Memorandumunu imzaladılar və təşkilatın ilkin nizamnaməsini tərtib etməklə yanaşı, onun missiyasını, məqsəd və məramını, fəaliyyət dairəsini, idarəetmə strukturunu müəyyənləşdirərək rəsmi olaraq Azərbaycan Mikromaliyyə Assosiasiyasının təsis edilməsini təmin etmişlər.

XƏBƏRLƏR

31

oktyabr

VF AzərKredit “Müştəri Mühafizəsi Sertifikatı”na layiq görülüb

VF AzərKredit müştəri xidməti üzrə yüksək standartlara cavab verdiyinə görə mikromaliyyə sektorunda təkmil müştəri mühafizəsi təcrübələrinin formalaşdırılması üzrə qlobal təşəbbüs kimi yaradılmış Smart... daha çox

14

oktyabr

VF AzərKredit beynəlxalq “Düşün, Borc Al!” Kampaniyasına qoşuldu

Məsuliyyətli maliyyələşdirmə strategiyasına daima sadiq qalan VF AzərKredit cari və potensial müştərilərin maliyyə savadlılığının artırılması məqsədilə 1 – 31 oktyabr 2014-cü il tarixlərində keçirilən Beynəlxalq... daha çox

9

sentyabr

Kredit işçiləri üçün təlim keçirildi

AMFA, SBFİC və Alman hğküməti ilə əməkdaşlığı çərçivəsində “Kredit İşçiləri üçün təlim”lərin keçirilməsini ənənəsini davam etdirərək Avqustun 29-30-31-i Şəkidə daha bir təlim təşkil etdi. 3 gün davam... daha çox

3

sentyabr

EFSE

Seminarın Erdal Koçoğlunun təqdimatında keçiriləcək.  Müddəti: 2 saatdır.Mövzu:Kənd təsərrüfatı sektoruna xas olan yüksək əməliyyat xərcləri və risklər maliyyə qurumlarının bu sahədə xidmət göstərməyə marağını... daha çox

8

avqust

"Gələcəyini planlaşdır" təlimçilər üçün təlim keçiriləcək

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və MFC-nin əməkdaşlığı ilə AMFA tərəfindən keçirilən “Azərbaycanda regionlarda qadın ekspertləri yetişdirmək və qadın sahibkarların təşviq edilməsi” layihəsi... daha çox

AMFA ənənəvi olaraq öz illik hesabatını təqdim edir. Sonuncu hazırlanmış illik hesabat ilə sağ tərəfdə yerləşən keçid vasitəsi ilə tanış ola bilərsiniz.

İLLİK HESABAT