İDARƏ HEYƏTİ

AMFA İdarə Heyəti müxtəlif qurumlarda çalışmaqda ola peşəkar şəxslərdən təşkil edilmişdir.

Süleyman Kələşov

AqrarKredit SKT

1978-ci ildə Azərbaycan Dövlət Universitetinin maliyyə - statistika ixtisası üzrə magistr təhsilini bitirmişdir. 1978-1995-ci illərdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində iqtisadçı, baş iqtisadçı, daha sonra kənd təsərrüfatı statistikası şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1996-cı ildən etibarən keçmiş Aqrar Sənaye Bankında əvvəl İqtisadiyyat departamentinin direktorunun müavini, sonra isə Kredit departamentinin direktoru işləmişdir. 2001-ci ildən “Aqrarkredit” bank olmayan Kredit Təşkilatının Strateji planlaşdırma, marketinq və beynəlxalq əlaqələr departamentinin direktoru, İdarə Heyətinin üzvüdür. Eyni zamanda “Başak-İnam” Azərbaycan-Türkiyə Birgə Sığorta və Təkrar Sığorta Şirkətinin Müşahidə Şurasının üzvüdür. 2006-cı ildən AMFA Müşahidə Şurasının üzvü, 2010-cu ildən 2014-cü ilə qədər AMFA-nın idarə heyətinin sədri olmuşdur .

aqrarkredit@aqrarkredit.az

Cəlal Əliyev

İnkişaf üçün Maliyyə MMC

Cəlal Əliyev İnkişaf üçün Maliyyə MMC-nin İdarə Heyətinin Sədridir. O ictimai sektorda sosial missiyalı yerli və beynəlxalq təşkilatlarla iş sahəsində 11 illik təcrübəyə malikdir. Ondan əvvəl 2001 və 2002-ci illər ərzində o Böyük Britaniyanın Ofxam təşkilatının Mikrokredit Layihəsinin Baş İcraçı Məmuru olmuş və 2003-cü ildə bu layihə yerli bank olmayan kredit təşkilatına çevrilmişdir. 2004 və 2005-ci illərdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının həmsədri və sədri olmuşdur. O Azərbaycan Dövlət İqtisad Universitetinin 1991-1996-ci illərdə Beynəlxalq İqtisadiyyat fakültəsini (magistr səviyyəli diplom), 1996-1999-ci illərdə isə Aspirantura pilləsini bitirmişdir.

jalalaliyev@findev-az.com

Fəzail Musayev

Turan Bank ASC

Fəzail Misgər oğlu Musayev Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə-Kredit” fakultəsini bitirib. O, 2006-cı ildən TuranBank ASC-nin İdarə Heyətinin Sədr müavini vəzifəsində çalışır. Onun birbaşa rəhbəriliyi altında bank mikro maliyyə məhsulunu yaradaraq inkişaf etdirmiş, bu məhsulun bankın satış nöqtələrində təşviqini təşkil etmiş, bu gün Azərbaycanın mikro-maliyyə sektorunda ən aktiv fəaliyyət göstərən bir çox mikro-maliyyə təşkilatları ilə çoxşaxəli korporativ əməkdaşlıq etmək sahəsində nailiyyətlər əldə olunmuşdur. Onun Bankçılıq sahəsində 12 ildən çox təcrübəsi vardır. 2011-ci ilin dekabr ayından cənab Musayev TuranLizinq və AMFA-nın müşahidə şurasının üzvü kimi fəaliyyət göstərir.

fmusayev@turanbank.az

Elşən Pirmalıyev

AccessBank QSC

Elşən Pirmalıyev AccessBank QSC-də Mikro Kredit Departmenti Rəhbərinin Müavini vəzifəsində çalışır. 10 ildən artıq bank təcrübəsinə malik olmaqla, AccessBank QSC-də adıçəkilən departamentdə müxtəlif vəzifələrdə çalışmışdır. Azərbaycanda ilk dəfə olaraq AccessBank-da Kredit Mütəxəssisləri üçün Təlim Mərkəzinin yaradılmasına böyük töhvələr vermiş və yeni struktura rəhbərlik etmişdir. Həmçinin bir müddət Azərbaycan Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, Azərbaycan Kooperasiya Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr və magistr dərəcələrini almışdır.

elshan.Pirmaliyev@accessbank.az

Spartak (Nukri) Tetraşvili

TBC Kredit

Spartak Tetraşvili hal-hazırda TBC Kredit-də Baş Direktor (CEO) vəzifəsində çalışır. Eyni zamanda Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin üzvüdür. TBC Kreditdə 2015-ci ildə çalışmağa başladı. TBC Kredit komandasına qoşulmadan öncə Gürcüstanın aparıcı banklarında üst rəhbərlik komandasının üzvü olaraq çalışmışdır. Spartak Bank of Georgia-da Agro-layihənin meneceri və eyni zamanda "Agron Group" ASC-nin direktoru olub. Bundan əvvəl Procredit Bank Georgia-nın genişləndirilmiş rəhbərliyinin üzvü olmuşdur. Bank sektorunda 15 ildən çox iş təcrübəsi var. Spartak, Almaniyanın Fürth şəhərində Procredit Akademiyasında və Makedoniyanın Veles şəhərində Procredit Regional Akademiyasında təhsil alıb. Gürcüstanın Tbilisi şəhərində yerləşən Avropa İdarəetmə Məktəbində (ESM) Bakalavr dərəcəsini alıb.

ntetrashvili@tbckredit.az

Elçin Qədimov

Rabitə Bank

Elçin Qədimov Rabitabankın komandasına 2006-ci ildə qoşulub . Bundan əvvəl Atabank-da İdarə Heyətinin Sədr Müavini vəzifəsində, eləcə də, Azərbaycan Beynəlxalq Bankı və Əmanət Bankında müxtəlif vəzifələrdə çalışıb . Elçin Qədimov Azərbaycan İqtisad Universitetinin Mühasibat Uçotu və Audit fakultəsini bakalavr və magistr dərəcəsi ilə bitirib. ABŞ-ın Cənubi Alabama Universitetində MBA dərəcəsini alıb.

rb@rabitabank.com