30
SEP

30 sentyabr 2026-cı il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı və City Group (banks.az) tərəfdaşlığı ilə “Maliyyə bazarında yeni imkanlar: rəqəmsal satış, müştəri cəlbi və bazar təcrübəsi” mövzusunda növbəti “Mikromaliyyəni tanıyaq” Eksklüziv Səhər Yeməyi keçirilib.

AMFA üzvləri üçün təşkil olunan rüblük görüşün əsas məqsədi iştirakçılar arasında əlaqələrin gücləndirilməsi, yeni əməkdaşlıq imkanlarının müzakirəsi və maliyyə bazarında baş verən dəyişikliklərə dair təcrübə mübadiləsinin aparılması olub.

Görüş çərçivəsində rəqəmsal satış kanallarının inkişafı, müştərilərin cəlb edilməsi və müasir bazar yanaşmaları ətrafında müzakirələr aparılıb. İştirakçılar öz təcrübələrini bölüşərək müştəri davranışındakı dəyişikliklərin satış proseslərinə təsiri, rəqəmsal həllərin müştəri ilə münasibətlərdə yaratdığı imkanlar və bazarda tətbiq olunan yanaşmalar barədə fikir mübadiləsi aparıblar.

Tədbir həmçinin AMFA üzvlərinin bir-biri ilə daha yaxından tanış olması, mövcud əlaqələrin möhkəmləndirilməsi və gələcək əməkdaşlıq üçün yeni imkanların formalaşdırılması baxımından faydalı platforma olub. Səhər yeməyində ümumilikdə 31 nümayəndə iştirak edib.

“Mikromaliyyəni tanıyaq” Eksklüziv Səhər Yeməyi AMFA-nın üzvləri arasında mütəmadi ünsiyyətin və sektor daxilində peşəkar əlaqələrin inkişafına yönəlmiş təşəbbüslərindən biri kimi davam etdirilir.