25 sentyabr 2026-cı il tarixində Bakıda Prezident İlham Əliyevin himayəsi ilə İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib.
İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən təşkil olunan forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub.
Beynəlxalq tədbirdə müxtəlif ölkələrdən investorlar, dövlət qurumlarının, beynəlxalq maliyyə təşkilatlarının və özəl sektorun nümayəndələri iştirak ediblər. Forumun əsas gündəliyində dəyişən qlobal iqtisadi mühit fonunda investisiya imkanları, regional bağlantılar, maliyyə əməkdaşlığı, rəqəmsal transformasiya, süni intellekt, enerji və digər strateji istiqamətlər yer alıb.
Forum çərçivəsində Azərbaycanın investisiya potensialı və ölkənin regional iqtisadi əlaqələrdə artan rolu ilə bağlı fikir və yanaşmalar təqdim olunub, müxtəlif sahələr üzrə yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İcraçı Direktoru Jalə Hacıyeva iştirak edib.
