Layihə, həssas qadınları (əsasən aztəminatlı tək valideynlər və sağlamlıq imkanları məhdud qadınlar) COVID -19-un səbəb olduğu mövcud böhrandan daha güclü çıxmalarını təmin etmək üçün gündəlik yaşam üçün gəlir əldə etmək məqsədi ilə resurslara çıxışı təmin edərək etibarlı qida təminatını hədəfləyir. Bu layihə, AMFA-nın son 5 ildə Avropa Birliyi, UNDP, İsveçrə Əməkdaşlıq Ofisinin maliyyəsi ilə müxtəlif layihələr həyata keçirdiyi bölgələr arasında ən həssas bölgə sayılan İsmayıllı bölgəsində həyata keçiriləcəkdir. Əvvəlki AMFA təcrübəsinə əsasən İsmayıllı rayonunda qadınlar üçün iş imkanları çox deyil. 6 ay davam edən bu layihə sayəsində ən azı 40 qadın (sağlamlıq imkanı məhdud qadınlar da daxil olmaqla) və onların ailələri müxtəlif layihə fəaliyyətləri ilə əhatə olunacaq və gəlir gətirən fəaliyyətlərə başlamaq üçün sərmayə kapitalı şəklində maliyyə dəstəyi alacaqlar.